Naxçıvanda nazir də maaşını ala bilmir: QALMAQAL

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda nazir də maaşını ala bilmir: QALMAQAL

Sosial

06 İyul 2026 17:41 1139


Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əməkdaşlarının iki aydan çoxdur maaş ala bilmədiyi bildirilir.

Məlumata görə, maaş problemi nazirlərdən tutmuş texniki işçilərə qədər müxtəlif kateqoriyadan olan əməkdaşları əhatə edir.

“Yeni Sabah” xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan”a kabinetdəki mənbələr məlumat verib. Toyuqlu pizza

Maaşların verilməməsinə səbəb kimi büdcədə vəsait çatışmazlığı göstərilir. Əməkdaşlar isə problemin arxasında vəsait çatışmazlığından çox, şəxsi intriqaların dayandığını iddia edirlər.

Məsələ ilə bağlı əslən Naxçıvandan olan jurnalist Heydər Oğuz saytımıza açıqlamasında bildirib ki, muxtar respublikanın Maliyyə naziri öz vəzifəsinə icra etmir:

“Naxçıvan Muxtar Respublikasında bütün dövlət qulluqçularının maaş problemi var. Təkcə Nazirlər Kabinetinin əməkdaşları yox, bir çox dövlət qurumunda aylardır maaşlar verilmir və gecikdirilir. Naxçıvanın Maliyyə naziri Həsən İsmayılov öz vəzifələrini icra etmir. O, iş vaxtı Maliyyə Nazirliyinin Aparat rəhbəri Nurlan Hacıyevlə bərabər qayıq sürməklə məşğuldur. Naxçıvan camaatı Həsən İsmayılova “lotka” Həsən ləqəbi qoyub. Bu adam öz işi məşğul olmur. Vəzifədə olanların bir çoxu əksər vaxtlar Naxçıvanda yox Bakıda olur. Elələri var ayda 1-2 dəfə Naxçıvana gəlir və iş yerində nadir hallarda olur”.

H.Oğuz əlavə edib ki, Naxçıvanın bir çox dövlət qurumlarında maliyyələşmə ilə bağlı problem var:

“Təsəvvür edin, bütün Azərbaycanda dövlət qulluqçularının sayı 27 min nəfərdir. Onun 2.5 mini Naxçıvan Muxtar Respublikasında çalışır. Halbuki Naxçıvan əhalisinin sayı 200 min nəfərdir. Bu o deməkdir ki, muxtar respublikada dövlət qulluğunda çalışanların sayı əhali sayına nisbətən qat-qat daha çoxdur. Belə olan təqdirdə isə bir çox dövlət qurumlarında maaşlar ya verilmir, ya da gecikir. Naxçıvanda iqtisadiyyatın inkişafına imkan verilmir. İş adamlarına müxtəlif çətinliklər, maneələr yaradılır. Vəzifəli şəxslər özləri tenderlər təşkil edir və daha sonra ayrılan vəsaiti özləri mənimsəyir. Hətta Naxçıvanın özündə fəaliyyət göstərən şirkətləri tenderə buraxmırlar”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!