Fatimə Fətəliyeva səhhətində yaranan problemdən danışıb.
"Yeni Sabah" xəbər verir ki, o, "İncə səhər" verilişində son vaxtlar özünü psixoloji baxımdan yaxşı hiss etmədiyini bildirib.
O, həkim yardımına ehtiyacı olduğunu deyib: "Daxili ruhum yerində deyil. Mənə nevropatoloq lazımdır. Mənə həkim lazımdır. Gərgin vəziyyətdəyəm". pizza hut
Gərginliyin əsas səbəbinin anasının səhhəti ilə bağlı narahatlıq olduğunu qeyd edib. Onun sözlərinə görə, anasının uzun müddətdir davam edən sağlamlıq problemləri bu vəziyyətə təsir göstərib.
Xatırladaq ki, Fatimə Fətəliyeva daha əvvəl anasının yaddaşını tədricən itirdiyini açıqlamışdı.
Telegram kanalımız