Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
"Yeni Sabah" xəbər verir ki, 30 vaqondan ibarət, çəkisi 1026 ton olan propan bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit yola salınıb. Marqarita pizza
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
Telegram kanalımız