Prezidentin yüksək vəzifə verdiyi 33 yaşlı Əli Nəbiyev kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin yüksək vəzifə verdiyi 33 yaşlı Əli Nəbiyev kimdir?

Sosial

06 İyul 2026 13:17 3764


Xəbər verdiyimiz kimi, Əli Tahir oğlu Nəbiyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini təyin edilib.

“Yeni Sabah” xəbər verir ki, 33 yaşlı Əli Nəbiyev 2023-cü ildən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

O, ali təhsilini Hüquqşünaslıq ixtisası üzrə Bakı Dövlət Universitetində, Biznesin təşkili və idarə edilməsi (MBA) üzrə Azərbaycan Dövlət İqtisad Universitetində alıb.  Dördpendirli pizza

2016 – 2019-cu illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2019 – 2021-ci illərdə "Azərbaycan Dəmir Yolları" QSC-də Hüquq İdarəsinin Məhkəmələrlə iş şöbəsinin rəisi və Hüquq İdarəsinin rəis müavini vəzifələrində fəaliyyət göstərib.

2021 – 2023-cü illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.

30 iyun 2021-ci ildən Mediasiya Şurasının İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!