Sabah bağçalara elektron qəbul başlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah bağçalara elektron qəbul başlayacaq

Sosial

06 İyul 2026 17:40 132


Azərbaycanda regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə sabah saat 11:00-dan etibarən elektron növbələrin yaradılmasına başlanılır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələr isə 9 iyul 2026-cı il saat 11:00-dan aktiv olacaq. pizza

Elektron qəbul 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün saat 11:00, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün saat 15:00-da başlayacaq.

Bu il ilk dəfə olaraq qəbul prosesi myGov platforması üzərindən həyata keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!