Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ərazisində yerləşən Omsk neft emalı zavoduna (NEZ) zərbə endirildiyini bəyan edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə hərbi qurumun "Facebook" səhifəsində məlumat paylaşılıb.
"Ərazidə partlayış, ardınca isə yanğın qeydə alınıb. Dəymiş ziyanın miqyası dəqiqləşdirilir. İlkin məlumata görə, illik gücü 8.4 milyon ton olan ELOU-AVT-11 ilkin neft emalı qurğusu vurulub", - deyə Baş Qərargahdan bildirilib. pizza hut
Omsk vilayətinin qubernatoru Vitali Xotsenko da zavoda hücum faktını təsdiqləyib. Qubernator qeyd edib ki, Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Omsk NEZ-ə zərbə endirib. İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan yoxdur./Oxu.az
Telegram kanalımız