Dünya çempionatının oyununa bilet səkkiz milyon dollara satılır

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionatının oyununa bilet səkkiz milyon dollara satılır

İdman

06 İyul 2026 19:47 108


Futbol üzrə dünya çempionatının (DÇ-2026) 1/4 final mərhələsi çərçivəsində keçiriləcək İngiltərə - Norveç matçına bilet 8 milyon dollara satışa çıxarılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.

Məqalədə qeyd olunur ki, satışda daha ucuz biletlər olsa da, ümumilikdə Bakı vaxtı ilə iyulun 12-nə keçən gecə Mayamidə baş tutacaq oyunun biletləri dünya çempionatları tarixinin rekordlarını qırır. Toyuqlu pizza

Belə ki, birinci kateqoriyalı biletlərin qiyməti 3 200 dollardan başlayaraq artıq qeyd olunan 8.05 milyon dollara qədər dəyişir. Matçı ikinci kateqoriyalı yerlərdən izləmək 103 500 dollara başa gələcək, üçüncü kateqoriyalı yerlər üçün isə qiymətlər 2 900 dollarla 57 500 dollar arasında dəyişir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!