Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə bu gün şəhər ərazisində qeydə alınıb.
Belə ki, Kəlbəcər rayon sakini, 2009-cu il təvəllüdlü İlkin Yolçuyev çənə nahiyəsindən bıçaq zərbəsi alıb. Yaralı dərhal tibb müəssisəsinə çatdırılıb. Sezar pizza
Polis əməkdaşlarının keçirdikləri operativ tədbirlər nəticəsində ona kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Nicat İbrahimli saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir./Oxu.az
Telegram kanalımız