Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Mərkəzinə (UKMTO) Hörmüz boğazından keçən tankerlə bağlı insident barədə məlumat daxil olub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə UKMTO-nun məlumatında bildirilib.
"Tanker naməlum mərmi ilə vurulub. Heç bir itki və ətraf mühitə ziyan qeydə alınmayıb. UKMTO araşdırmanı davam etdirir. Gəmilərə keçid zamanı ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur", - məlumatda qeyd edilib. Dominos pizza
Bununla belə, tankerin hansı ölkənin bayrağı altında hərəkət etdiyi açıqlanmayıb./Report
Telegram kanalımız