Bakıda qanunsuz fəaliyyət göstərən dini tədris kursu aşkarlandı -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qanunsuz fəaliyyət göstərən dini tədris kursu aşkarlandı - Fotolar

Din

14 Noyabr 2019 15:55 1839


Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 5-ci keçid, ev 17 ünvanında qeyri-qanuni dini tədris kursunun fəaliyyət göstərdiyi aşkarlanıb.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən "Yeni Sabah"a daxil olan məlumata görə, müəyyən edilibki, həmin kursun 26 üzvünə, o cümlədən bu təlimlərə cəlb olunmuş azyaşlılara qadağan edilmiş dini ədəbiyyatların tədrisi həyata keçirilir.

Qanunsuz dini kursların təsisçiləri Abdullayev Elton Kərəm oğlu və Qurbanov Elsevər Bəxtiyar oğlu barəsində inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib. Marqarita pizza

Qeydə alınmış fakt üzrə müvafiq araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!