Bakıda qəbiristanlıqda intihara cəhd

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qəbiristanlıqda intihara cəhd

Hadisə

17 Sentyabr 2019 13:06 1048


Bakı qəbiristanlığında intihara cəhd faktı qeydə alınıb.

"Yeni Sabah" bildirir ki, bu barədə Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, sentyabrın 16-da Buzovna kənd qəbiristanlığında 1984-cü il təvəllüdlü Babayev Abdul Yaqub oğlu sirkə turşusu içərək intihara cəhd edib. Vəziyyəti ağır olan şəxs Toksikoloji Mərkəzə çatdırılıb. pizza hut

Həkimlərin dediyinə görə, hazırda xəstənin vəziyyəti sabitləşib, yaxşılaşmaq şansı isə böyükdür. Xoşbəxtlikdən A.Babayev sirkəni çox içməyib.

İstintaq davam edir. Sözügedən şəxsi intihara məcbur edən səbəblər müəyyənləşdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!