Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Kriminal

27 Oktyabr 2024 23:59 930


Oktyabrın 27-si saat 22 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla 2000-ci il təvəllüdlü Ə.Səmədlinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rüfət Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Toyuqlu pizza

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ə.Səmədli iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!