Bu gün axşam saatlarında Bakının H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Qəza zamanı "Range Rover" markalı avtomobil digər bir minik vasitəsi ilə toqquşub. Toqquşmadan sonra "Range Rover" yol kənarında olan dəmir borunun üzərinə çıxıb.
Agentlik sürücülərə bu cür yağışlı hava şəraitində diqqətli olmağı, meteoroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etməyi tövsiyə edib.
Telegram kanalımız