Bakıda baş verən iki qəza 850 abonenti qazsız qoydu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda baş verən iki qəza 850 abonenti qazsız qoydu

Hadisə

17 Sentyabr 2019 07:51 1064


Gecə saatlarında Nizami rayonu N.Abdullayev küçəsində dairəvi formada qoşulmuş diametri 159 mm olan qaz xətti avtomobil qəzası zamanı qırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən "Yeni Sabah"a verilən xəbərə görə, hadisə nəticəsində 500 abonentin qaz təminatı dayandırılıb.

Səhər saatlarından qazın verilişi üçün bərpa işləri sürətləndirilib. pizza mizza

Bu gün səhər saatlarında isə Xəzər rayonu, “Binə Sovxozu” deyilən yaşayış massivində "KamAZ" markalı yük avtomobili ilə 108 mm diametrində olan qaz xətti yararsız hala salınıb. Hadisə nəticəsində 350 abonentin qaz təminatı dayandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!