Bakıda qəza, qadın özünü maşından atdı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qəza, qadın özünü maşından atdı

Kriminal

02 Fevral 2019 22:38 1327


Bakıda iki avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Hadisə Rixard Zorge və Nizami Gəncəvi küçələrinin kəsişməsində qeydə alınıb.

90 MF 499 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin qadın sürücüsü yan tərəfdən gələn 10 CN 808 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilə yol verməyib, nəticədə qəza baş verib. Sezar pizza

Qadın toqquşma anında qapını açaraq avtomobildən özünü yola atıb, sükanı boş qalan “Nissan” isə qəzadan sonra 500 metr kənarda yoldan çıxaraq səkidə dayanıb. Xoşbəxtlikdən avtomobil səkidəki piyadalara xəsarət yetirməyib.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!