Bakıda “qızıl qiyməti“nə torpaq: Bir sotu iki milyon manat

saytların hazırlanması

Evə çatdırılma

Bakıda “qızıl qiyməti“nə torpaq: Bir sotu iki milyon manat

Sosial

20 Aprel 2026 08:41 6604


Bakının daşınmaz əmlak bazarında ən kəskin qiymət artımı torpaq sahələrində müşahidə olunur. Xüsusilə Səbail, Nəsimi və Yasamal rayonlarının mərkəzi hissələrində torpağın qiyməti rekord həddə çatıb.

“Yeni Sabah” Xəzər TV-yə istinadən xəbər verir ki, bəzi ərazilərdə torpağın bir sotunun qiyməti iki milyon manatadək yüksəlib.

Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirir ki, "premium" zonalarda yerləşən torpaq sahələrinin qiyməti hazırda milyon manatdan başlayır. Ekspertlər hesab edirlər ki, bu yüksəlişin əsas səbəbi mərkəzdə torpaq resurslarının tükənməsidir. Təklif azaldıqca, tələbat və qiymət mütənasib şəkildə artır. Torpaq sahələri bahalaşma sürətinə görə daşınmaz əmlakın digər növlərini xeyli qabaqlayır. Toyuqlu pizza

Paytaxtın mərkəzindən kənarlaşdıqca qiymətlər nisbətən aşağı düşsə də, ümumi tendensiya yüksəlişə doğru davam edir. Hazırda Xəzər, Qaradağ və Pirallahı rayonlarında artım dinamikası digər ərazilərlə müqayisədə hələlik aşağı səviyyədə qalmaqdadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!