Bakıda quldurluq edib Tərtərə qaçdı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda quldurluq edib Tərtərə qaçdı

Kriminal

13 Dekabr 2025 12:28 543


Dekabrın 7-də səhər saatlarında paytaxtın Nizami rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, bir qadın yaşadığı evə doğru gedərkən naməlum şəxs yaxınlaşaraq onu kəsici-deşici alətlə hədələyib. O, bu yolla qadına məxsus 1300 manat dəyərində iki qızıl üzüyü və çantasındakı 50 manatını talayaraq hadisə yerindən qaçıb. Dördpendirli pizza

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və quldurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 55 yaşlı Zaman Bayramov polis əməkdaşları tərəfindən Tərtər rayonunda müəyyən edilərək saxlanılıb. Aparılan araşdırmalarla saxlanılan şəxsin taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazasında satdığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!