Bakıda restoranda müştəriyə 800 manat hesab gəldi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda restoranda müştəriyə 800 manat hesab gəldi - FOTO

Maraqlı

05 Noyabr 2025 15:30 26445


Bakı restoranlarından birində müştəridən 794 manat hesab istəyiblər.

“Yeni Sabah”ın xəbərinə görə, bu, paytaxtın tanınmış məkanlarından olan “Love City” restoranında baş verib.  

Müştəri hesabın fotosunu sosial şəbəkədə paylaşaraq yazıb ki, uşaqlar üçün təşkil olunan “paltar geyinib oynama” xidmətinin qiyməti 1 uşaq üçün 25 manat olsa da, bu məbləğin üzərinə əlavə olaraq 10 faiz xidmət haqqı da hesablanıb. pizza

Şikayətçi bildirib ki, uşaqların əyləncə xidmətinə görə artıq ödəniş etdiyini, buna baxmayaraq servis haqqının da əlavə edilməsini düzgün saymır.

Ümumi məbləğ 794 manat olub, bunun 72 manatı xidmət haqqı kimi hesablanıb.

Sözügedən restorandan isə bildirilib ki, “Spa party” adlı xidmətin qiyməti bir uşaq üçün 35 manatdır. Bu zaman uşağa xüsusi paltar geyindirilir, xüsusi makyaj olunur və bütün bu prosedurlar həmin qiymətə daxildir: “10 faiz servis haqqı isə ümumi hesaba görə nəzərdə tutulan məbləğdir”.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Heç axırımız yaxşıya doğru getmir.
    Allah c.c sonumuzu xeyirli etsin Allahummə Əəmiin ????????????.
    6 months ago
  • .
    Restoranda nə qədər yemək içmək var zakaz eliyin hələ deyir çox gəldi ????????
    6 months ago
  • Sahane
    Qiymetler coxdu deye xidmet haqqida cox gelir. 11.90 a kartof free nagets cox bahadi. 7.50 ye olur cox yerde
    6 months ago
  • Cavid
    Group . cekidir?
    6 months ago
  • Ülviyyə
    Səkkiz yüz(800₼) manat ilə Yeni İl, Novruz Bayramı və Ramazan Bayramları üçün süfrə aça bilərdim.
    6 months ago