Bakıda sərnişin avtobusu qəzaya uğradı, xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sərnişin avtobusu qəzaya uğradı, xəsarət alanlar var

Hadisə

12 İyun 2020 22:47 862


Bakının Nərimanov rayonunda avtobus qəzaya uğrayıb.

Yenisabah.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Z.Bünyadov və Atatürk prospektlərinin kəsişməsində 211 nömrəli marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusunun qəfil təkəri partlayıb. İdarəetmədən çıxan avtobus səkiyə çırpılıb. Qəza zamanı avtobusdakı sərnişinlər - 1957-ci il təvəllüdlü Mirzəxanova Dilarə Cəlil qızı və 1977-ci il təvəllüdlü Allahyarova Bikə xəsarətlər alıb.  Pepperoni pizza

Yaralılar D.Mirzəxanova hər iki ayağının topuq sümüklərinin sınığı, B.Allahyarova dizinin sınığı diaqnozları ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Fakt Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırılır.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!