Bakıdan rayonlara sərnişin adı altında narkotik daşıyırmışlar

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan rayonlara sərnişin adı altında narkotik daşıyırmışlar

Kriminal

15 Dekabr 2025 12:40 409


Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən sonuncu əməliyyat zamanı 49 yaşlı Salman Məmmədov və 42 yaşlı Tural Rəhmanov saxlanılıblar.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Onların üzərindən və T.Rəhmanova məxsus mikroavtobusdan 8 kq 380 qr marixuana, 2 kq 560 qr tiryək və 200 ədəd psixotrop tərkibli güclü təsiredici xassəyə malik metadon həbi aşkarlanıb. Marqarita pizza

Saxlanılan şəxslər ifadələrində narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Araşdırma zamanı onların şəhərlərarası sərnişindaşıma fəaliyyəti adı altında narkokuryerlik etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!