Bakıda sığınacağa yerləşdirilən xanım 1500 dollarlıq iş tapdı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sığınacağa yerləşdirilən xanım 1500 dollarlıq iş tapdı

Sosial

29 Yanvar 2024 23:26 533


Azərbaycana dayə kimi iş təklifi alaraq gələn afrikalı xanım sonra problemlə üzləşmişdi.

Yenisabah.az xəbər verir ki, bu barədə "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin direktoru Mehriban Zeynalova məlumat paylaşıb. 

O qeyd edib ki, afrikalı qadını ölkəyə dəvət edən şəxs artıq dayəyə ehtiyaclarının olmadığını bildirib: Sezar pizza

"Xanım bir müddətdir ki, sığınacağımıza yerləşdirilmişdi. Artıq xarici vətəndaş 1500 dollar müqabilində dayə işi tapıb. Onu işə götürən də elə xarici ölkə vətəndaşıdır. Xanımın dayə işlədiyi ev sahibləri tezliklə Londona köçəcəklər və dayə də onlarla birlikdə gedəcək.

Onu da qeyd edək ki, xarici vətəndaş sığınacağa daxil olduğu gündən bütün dövlət qurumları məlumatlandırıb və xanım dövlət nəzarətindədir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!