Bakıda silahlı şəxs saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Bakıda silahlı şəxs saxlanılıb

Kriminal

16 Fevral 2019 20:59 856


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Şəmkir rayon sakini Zaur Bəylərli saxlanılıb.

“Yeni Sabah” xəbər verir ki, onun üzərində şəxsi axtarış aparılan zaman 2 büküm ümumi çəkisi 5 qram olan narkotik vasitə heroin və bir büküm çəkisi 8 qram olan tiryək aşkar olunaraq götürülüb. Z.Bəylərlinin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə  onun Nəsimi rayonunda yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlətdiyi də müəyyən edilib. Evə baxış zamanı həmin şəxsə məxsus 1 ədəd “Makarov” markalı tapança, ona məxsus sandıqça və 8 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb, araşdırmalar davam etdirilib.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!