Bakının Nizami rayonunda naməlum şəxs gecə saatlarında paytaxt sakinini kəsici alətlə hədələyərək onun mobil telefonunu ələ keçirib.
Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətini törətməkdə şübhəli bilinən 38 yaşlı R.Abbasov müəyyən olunaraq saxlanılıb. pizza sifarişi
Araşdırmalarla onun, bir nəfərə məxsus avtomobildən videoqeydiyyat qurğusunu da oğurladığı məlum olub.
Araşdırma aparılır.
Telegram kanalımız