Bakıda şok hadisə: Şagirdlər müəllimə hücum etdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda şok hadisə: Şagirdlər müəllimə hücum etdi

Hadisə

02 Oktyabr 2019 19:53 984


Qaradağ rayonunda şagirdlər müəllimə hücum edib. 

“Yeni Sabah” xəbər verir ki, “Sputnik Azərbaycan”a paytaxtın Qaradağ rayon polis şöbəsindən bildirilib ki, oktyabrın 1-də 11-ci polis bölməsinə 57 yaşlı yerli sakin Abbasova Aygün Lətif qızı tərəfindən şikayət daxil olub.

Abbasova, artıq uzun müddətdir ki, 127 nömrəli məktəbdə "Kimya" və "Biologiya" fənlərindən dərs deyir. Müəllimə hüquq-mühafizə orqanlarının əməkdaşlarına cari ilin 27 sentyabrında sinifdə 14 yaşlı iki oğlan şagirdi tərəfindən hücuma məruz qalmasından şikayət edib. Toyuqlu pizza

O, hadisənin bütün təfərrüatları və şagirdlər barəsində məlumatları polisə təqdim edib. 

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi hadisə ilə bağlı istintaq sirrinə görə daha ətraflı məlumat verməkdən imtina edib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!