Paytaxtın Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs gecə saat 03 radələrində zərərçəkmişə evinin qarşısında fiziki güc tətbiq edərək pul vəsaitini ələ keçirib.
"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, talama cinayətini törətməkdə şübhəli bilinən, keçmişdə də eyni əməllərə görə dəfələrlə məhkum olunmuş 36 yaşlı S.Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir. pizza hut
Telegram kanalımız