Fevralın 24-ü saat 11:15-də Binəqədi rayonu ərazisində, Naxçıvanski küçəsindəki çoxmənzilli evlərin birində, orada yaşayan Ümmüyət Şıxbaba qızı Abdulrəhimovanın skeleti tapılıb.
Bu barədə Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.
Məlum olub ki, qadın yataqda ölüb. Kriminalistlər onun paltarlı skeletini bu yataqda tapıblar. Pepperoni pizza
Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, qadın il yarım bundan əvvəl, 66 yaşı olarkən ölüb. Abdulrəhimova tənha qadın olub və onu heç kəs axtarmayıb. Heç qonşular da qadının yoxa çıxdığının fərqinə varmayıblar.
Abdulrəhimova süpürgəçi işləyib və qonşulardan heç kimlə ünsiyyəti olmayıb. Qəribədir ki, qadını heç işlədiyi MKİS-dən də axtarmayıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.
Sputnik.az
Telegram kanalımız