Bakıda sürücülər arasında dava: Bir nəfər ürəyindən bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sürücülər arasında dava: Bir nəfər ürəyindən bıçaqlandı

Kriminal

25 Aprel 2025 23:08 834


Paytaxtın Xəzər rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 1973-cü il təvəllüdlü Səlim Əliyev ilə taksi sürücüsü, 1978-ci il təvəllüdlü Maksim Əhmədov arasında mübahisə baş verib. Marqarita pizza

Dava zamanı M. Əhmədov S. Əliyevə ürək nahiyəsindən bıçaqla xəsarət yetirib. Bıçaqlanan şəxs hadisə yerində dünyasını dəyişib.

Şahidlərin sözlərinə görə, sürücülər arasında yol üstündə mübahisə düşüb.

"Bir-birilərinə yol verməyiblər, söyüş söyüblər. Sonra bıçaqlanma hadisəsi baş verib", - deyə hadisə şahidi bildirib.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!