Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
"Yeni Sabah" xəbər verir ki, hadisə metronun "Əhmədli" stansiyasının yaxınlığında baş verib.
Belə ki, 1986-cı il təvəllüdlü Rüstəmli Fərid Aydın oğlunu minik avtomobili vurub. Sürücü hadisə yerindən yayınıb. Sezar pizza
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona sol baldır və sol bazu sümüyünün sınığı diaqnozu qoyulub. /APA
Telegram kanalımız