Oktyabrın 17-də gecə saatlarında paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan bir şəxsin mobil telefonu və pul vəsaiti tanımadığı şəxs tərəfindən açıq talama yolu ilə ələ keçirilib.
Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Zərərçəkənin şikayəti əsasında Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən paytaxt sakini 31 yaşlı E.Əliyev müəyyən olunaraq saxlanılıb. Toyuqlu pizza
Araşdırma aparılır.
Telegram kanalımız