Bakıda taxtalar yığılan ərazidə yanğın söndürüldü - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda taxtalar yığılan ərazidə yanğın söndürüldü - Video

Hadisə

28 Oktyabr 2025 22:40 641


Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində taxtalar yığılmış ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən tikililərə yayılmasına imkan verilmədən söndürülüb.

Bu barədə "Yeni Sabah"a Fövqəladə Hallar Nazirliyindən bildirilib. pizza

Yanğın nəticəsində həyətyanı ərazidə 500 kv.m. sahədə taxta tullantıları, ümumi sahəsi 50kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik yerləşən talvarın taxta atmaları yanıb.

Yaxınlıqda yerləşən tikililər və hava elektrik xətləri yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!