Bakıda təhlükəli hava: Nə vaxtadək davam edəcək? - AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Bakıda təhlükəli hava: Nə vaxtadək davam edəcək? - AÇIQLANDI

Sosial

02 Sentyabr 2024 11:49 10885


Paytaxt ərazisində qatı toz dumanı müşahidə olunur. Bakı üçün xarakterik olmayan bu vəziyyət sakinləri narahat edir. Bəs bu hava şəraitinə səbəb olan hansı amildir və bu vəziyyət nə vaxtadək davam edəcək? 

Yenisabah.az-a bu haqda açıqlama verən meteoroloq Cavid Hüseynov havada tozun miqdarının çoxalmasını belə əsaslandırıb: 

“Havadakı tozun miqdarının normadan (yol verilən qatılıq həddindən) çox olması mövcud sinoptik şəraitlə, yəni, Qazaxıstan və Türkmənistan ərazisindən ölkəmizin hava məkanına isti və tozlu hava kütləsinin daxil olması əlaqədardır. Yaranmış əlverişsiz hava şəraiti  toza qarşı həssaslığı və allergiyası olan insanlarda narahatlıq yarada bilər”.  pizza

Meteoroloq belə havanın bir neçə gün davam edəcəyini də bildirib: 

“Adətən, bu proses Qazaxıstan üzərində antisiklonik şərait yarandığı zaman baş verir. Qazaxıstan üzərində yaranmış antisiklon şərqə doğru uzaqlaşdıqdan sonra həmin istiqamətdən gələn hava axınları dayanır və havada müşahidə olunan tozun miqdarı da tədricən azalır. 

Tozlu hava şəraitinin yaxın 3-4 gün ərzində tədricən normallaşacağı ehtimal edilir”. 

Aytac Şahin 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!