Bakıda tələbədən dəhşətli əməl

saytların hazırlanması

Evə çatdırılma

Bakıda tələbədən dəhşətli əməl

Kriminal

08 Fevral 2023 08:17 2704


Adam öldürməkdə şübhəli bilinən tələbə cinayət məsuliyyətinə cəlb edilib. 

Binəqədi rayon prokurorluğundan “Yeni Sabah”a daxil olan xəbərə görə, 8 fevral 2023-cü il tarixdə saat 2 radələrində 2002-ci il təvəllüdlü Əliəkbər Mərəyevin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. 

İlkin araşdırma zamanı Əliəkbər Mərəyevin adı çəkilən təhsil müəssisəsinin tələbəsi, 2007-ci il təvəllüdlü otaq yoldaşı Elşad Muxtarov tərəfindən bıçaqla yetirilmiş xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.  Dominos pizza

Binəqədi rayon prokurorluğunda CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Elşad Muxtarov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!