Bakıda tələbəni yük avtomobili vurdu, vəziyyəti ağırdır

saytların hazırlanması

Evə çatdırılma

Bakıda tələbəni yük avtomobili vurdu, vəziyyəti ağırdır

Hadisə

18 Oktyabr 2019 21:59 922


Bakının Nərimanov rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, "Zil" markalı yük avtomobili yolu keçmək istəyən piyada, 1999-cu il təvəllüdlü Feyzullayeva Məlahət Qüdrət qızını vurub. Sezar pizza

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Məlumata görə, M.Feyzullayeva tələbədir. O, dərsdən çıxan zaman onu yük avtomobili vurub.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. / APA

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!