Bakıda tikinti sektoru çökdürülür

saytların hazırlanması

Evə çatdırılma

Bakıda tikinti sektoru çökdürülür

Xalqın səsi

28 Yanvar 2019 19:52 1415


Son aylar paytaxt Bakının tikinti sektorunda çox ciddi böhran yaşanır. Budəfəki böhranın əsas səbəbi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyidir. Belə ki, Komitənin son 6 ayda tikinti şirkətlərinin layihələrinin böyük əksəriyyətini təsdiqləmədiyi və ya hansısa bəhanə ilə geri qaytardığı vurğulanır.

Prezidentin tapşırıqları ilə 2018-ci ilin əvvəlindən başlayaraq bu sahədə görülən işlərin nəticəsində tikintinin başlanılması və istismarı üçün sənədlərin verilməsi sadələşdirildi, layihələrə rəy və izacələrin, eləcə də tikilinin istismarına icazə verilməsi müddətləri əhəmiyyətli dərəcədə qısaldıldı.

Bu sahədə vəziyyəti daha da yaxşılaşdırmaq məqsədi ilə, ötən ilin avqust ayının əvvəlində Prezidentin fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildi. Eyni zamanda fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi Komitəyə həvalə olundu. pizza

Ancaq əldə olunan məlumatlar belə deməyə əsas verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti sektorunda vəziyyəti yaxşılaşdırmaq əvəzinə, əksinə, bürokratik əngəlləri və süründürməçiliyi daha da artırır. Paytaxtda tikintiyə icazələrin verilməsi Komitəyə həvalə olunduqdan sonra bu sahədə fəaliyyət göstərən iş adamları, şirkətlər çox ciddi əngəllərlə qarşılaşmağa başlayıblar. Əvvəllər iş adamları təqdim etdikləri layihələrə görə get-gələ salınırdısa, indi ümumiyyətlə hər hansı cavab ala bilmirlər.

Bu da təbii ki, iş adamlarının ciddi narazılığına səbəb olur. Artıq bu narazılıqların ölkə başçısına da çatdırıldığı, Prezidentin buna görə Komitənin sədri Samir Nuriyevə ciddi xəbərdarlıq etdiyi də bildirilir.

Belə təsəvvür yaranır ki, Samir Nuriyev ya ölkədə tikinti sektorunun canlanmasını istəmir, hökumətin köhnə binaların, “xruşovkaların” sökülərək yerində yenilərinin tikilməsi planını doğru hesab etmir, ya da iş adamlarına bəlli olmayan başqa səbəblər mövcuddur.

Ancaq Komitə rəhbərliyinin bu siyasətinin ölkədə işgüzar mühitə ciddi zərbə vurduğu, xeyli sayda insanı iş yerindən və deməli qazancdan məhrum etdiyi danılmaz faktdır. 

Qeyd edək ki, bu, sadəcə bir ehtimal deyil, hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində fiksə olunmuş faktdır. Belə ki, müxalifətin 19 yanvar mitinqinə qatılanları sayının gözləntilərdən çox olması, şübhəsiz ki, hakimiyyətdə narahatlıq yaradıb. Bunun səbəbi araşdırılarkən məlum olub ki, aksiya iştirakçılarının sayının əvvəlki aksiyalarla müqayisədə ən azı 2 dəfə artmasının əsas səbəblərindən biri məhz tikinti sektorunda yaranmış qeyri-müəyyənlikdir. Daha doğrusu, yeni layihələrin həyata keçirilməsinin qarşısının alınması nəticəsində bir neçə aydır işsiz və deməli qazancsız qalan fəhlələr müxalifətin mitinqinə ciddi maraq göstəriblər. Əksəriyyəti rayonlardan gələn, kirayədə qalan usta və fəhlələrin aylarla işsiz buraxılması onları çətin duruma salıb: nə geri qayıda, nə də kirayə pulunu verə, yaşaya bilirlər. Buna görə də onların müəyyən hissəsi öz narazılıqlarını mitinqə qatılmaqla ifadə ediblər.

Bunu yanvarın 26-da qeydə alınan bir fakt da bariz şəkildə sübut edib. Xəbər verildiyi kimi, müxalifətin yanvarın 26-na planlaşdırdığı növbəti mitinq, BŞİH tərəfindən sanksiyalaşdırılmamasına görə təxirə salınsa da, 50-yədək insan həmin gün “Məhsul” stadionuna yığışmağa cəhd edib. Onlardan 15-i polis tərəfindən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, bu 15 nəfərdən biri də hansısa siyasi partiyanın üzvü deyil – hamısı son aylarda işsiz qalan fəhlə, suvaqçı, usta və sairədir.

Azpolitika.info

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!