Bakıda top mərmisi tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda top mərmisi tapıldı

Hadisə

05 Oktyabr 2019 17:55 1299


Abşeron rayonunun Fatmayı kəndində 3 ədəd top mərmisi tapılıb.

FHN-dən "Yeni Sabah"a daxil olan məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Abşeron rayonunun Fatmayı kəndində sursat aşkar olunması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub.

XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olub ki, bu, döyüş tətbiqinə yararsız olan 3 ədəd top mərmisidir. Sezar pizza

Mərmilər ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatın tapıldığı əraziyə yeraltı və yerüstü baxış zamanı heç bir şübhəli əşya aşkar olunmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!