Bakıda top mərmisi tapılıb

saytların hazırlanması

Evə çatdırılma

Bakıda top mərmisi tapılıb

Kriminal

07 Mart 2019 20:18 986


Xətai rayonunda top mərmisi tapılıb.

Fövqəladə Hallar Nazirliyindən “Yeni Sabah”a verilən məlumata əsasən,  "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub. 

XRXX-nın mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olunub ki, bu, döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli olan top mərmisidir. Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək  mərkəzi məhvetmə ərazisinə daşınıb. Mərminin tapıldığı əraziyə yerüstü baxış zamanı heç bir şübhəli əşya aşkar edilməyib. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!