Bakıda üçüncü dəfə “SHE Congress” keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bakıda üçüncü dəfə “SHE Congress” keçiriləcək

Sosial

15 Fevral 2019 19:37 1230


6 mart 2019-cu il traxində “JW Marriott Absheron Baku” hotelində üçüncü “SHE Congress” (“Smart. Happy. Elegant.”) – qadınların liderlik və sahibkarlıq tədbiri keçiriləcək. 

“Yeni Sabah” xəbər verir ki, tədbirin əsas mövzusu dəyişikliklərin idarə olunmasına həsr olunacaq, o bacarıq ki, müasir qadının həm öz işində, həm də ümumilikdə cəmiyyətdə uğurunu müəyyənləşdirir.

Konqres “RED Communications” agentliyinin icraçı partnyoru, “Edutainment.az”ın həmtəsisçisi, Azərbaycanda qadın sahibkarlığının inkişafına verdiyi dəstəyə görə “Tərəqqi” medalına layiq görülən Tatyana Mikayılovanın rəhbərlik etdiyi “Azərbaycanın 100 işgüzar qadını” cəmiyyəti tərəfindən təşkil olunur. Tədbir Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənir. Dördpendirli pizza

Lider və yaradıcı qadınlar iqtisadiyyatın, xüsusilə, kiçik və orta biznesin, həmçinin, cəmiyyətin və ailənin yeni hərəkətverici qüvvəsidır. “SHE 2019” konqresinin əsas məqsədi azərbaycanlı qadın sahibkarları və müxtəlif sahələrdən çalışan mütəxəssisləri ruhlandırmaq, onlara dəstək olmaq və uğurlu nümunələri göstərməkdir. Konqresin qonaqları mövcud tendensiyaları tanınmış beynəlxalq və yerli ekspertlərlə birgə öyrənəcəklər.

Konqres mövcud olduğu ilk gündən bəri STEAM-dən və “qadınlara uyğun olmayan” vəzifələrdə xanım nümayəndələrin sayının artırılmasından başlayaraq qadınların daha çox idarə etdikləri sosial bizneslərədək ən aktual mövzuları önə çəkir. 

Forum ənənəvi olaraq qadın liderliyi mövzusuna xüsusi diqqət ayıran “PASHA Bank”, “Mastercard” və “Coca-Cola” kimi tərəfdaşların dəstəyilə keçirilir.

Tədbirdə iştirak etmək üçün bu link vasitəsilə qeydiyyatdan keçmək lazımdır:

https://shecongress.sqiffer.com/ 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!