Bakıda unikal işıqfor - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda unikal işıqfor - FOTO

Avto

16 May 2021 13:43 3185


Paytaxtın Binəqədi rayonundakı işıqforlardan birinə naməlum şəxs tərəfindən üzərində “Qırmızı işləmir, ehtiyatlı olun” yazısı olan qeyd yapışdırılıb.

Oxu.Az xəbər verir ki, buna səbəb işıqforun qırmızı işığının işləməməsi olub.

Məsələ sosial şəbəkədə müzakirə mövzusuna çevrilib. pizza mizza

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkələrdə paylaşılan həmin görüntülərlə bağlı  bildirib ki, yaranan problemə səbəb həmin ərazidəki paylayıcılarda qısaqapanmaların olmasıdır:

“Fotolarda gördüyünüz işıqfor Binəqədi şossesində yerləşir. Həmin ərazidə elektrik paylayıcısında qısaqapanma baş verib. Nəticədə işıqforun bəzi hissələrində zədələnmələr olub. Bu səbəbdən də qırmızı işıq yanmır. Lakin hazırda işıqforun zədələnmiş hissələrinin dəyişdirilməsi üçün iş gedir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!