Nəsimi rayonunda bədbəxt hadisə baş verib.
“Yeni Sabah” “APA”-ya istinadən xəbər verir ki, Şamil Əzizbəyov küçəsində 1987-ci il təvəllüdlü Həsənov Vüsal Akif oğlu binadan yıxılaraq ağır xəsarət alıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir. İlkin məlumata görə, V.Həsənov binanın fasadını təmir edərkən yıxılıb. pizza mizza
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Telegram kanalımız