Səbail rayonu ərazisində bir nəfərə məxsus 900 manat dəyərində təmir-tikinti aləti talanıb.
"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən C. Xasməmmədov və F. Abdullayev müəyyən edilərək saxlanılıblar.
Sumqayıt şəhərində isə ayrı-ayrı vaxtlarda bir nəfərin itirdiyi bank kartından, digərinin isə ödəmə terminalından maddi vəsaitlərini oğurlamaqda şübhəli bilinən 20 yaşlı N.Niftalıyev və 24 yaşlı F.Əliyev tutulub. Sezar pizza
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Telegram kanalımız