Bakıda velosiped oğrusu tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda velosiped oğrusu tutuldu

Kriminal

07 Mart 2019 15:39 1222


Xətai  rayonu S.Vəzirov küçəsi 22-də yaşayan paytaxt sakini İmran Rəsulov polisə müraciət edərək ona məxsus dəyəri 350 manat olan velosipedin naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, analoji müraciətlərlə Xətai Rayon Polis İdarəsinə (RPİ) müraciət edən daha 4 şəxs onların da müxtəlif vaxtlarda ümumi dəyəri 3000 manata yaxın olan velosiopedlərinin oğurlandığı barədə məlumat veriblər.  Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Gürcüstan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş Elxan Mansurov saxlanılıb.

O, ifadəsində etdiyi cinayəti etiraf edərək oğurladığı velosipedləri satdığını bildirib. Dördpendirli pizza

Qeyd edilən faktlarla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və E.Mansurov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai RPİ müraciət edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!