Bakıda xala tiktoker bacısı qızını məhkəməyə verdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda xala tiktoker bacısı qızını məhkəməyə verdi

Kriminal

21 Aprel 2026 09:59 659


B.B. adlı şəxs bacısı qızı –  “Tik-Tok” sosial şəbəkəsində "AYDAW" ləqəbi ilə tanınan A.Nəzərli ilə bağlı xüsusi ittiham qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, şikayətçi  A.Nəzərlinin Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyir.

Şikayət ərizəsində göstərilir ki, bacısı qızı sosial şəbəkələrdə yayımladığı çıxışlarla onun şərəf və ləyaqətini ləkələyib. Həmin şəxs “TikTok” platformasında “AYDAW” adlı profil səhifəsində müxtəlif tarixlərdə – 29 dekabr 2025-ci il, 7, 11 və 12 yanvar 2026-cı il tarixlərində canlı yayımlar və paylaşımlar edərək xalası B.B. barədə həqiqətə uyğun olmayan məlumatlar yayıb. pizza hut

Şikayətçi bildirir ki, yayımlanan çıxışlarda onun maddi imkanları, ailə münasibətləri və şəxsi həyatı ilə bağlı həqiqətə uyğun olmayan, böhtan xarakterli fikirlər səsləndirilib, eyni zamanda nalayiq ifadələr işlədilərək açıq formada təhqir edilib. Bu məlumatların geniş auditoriyaya çatdırıldığı və çoxsaylı şəxslər tərəfindən izlənildiyi qeyd olunur.

Şikayətçi ciddi mənəvi sarsıntı keçirib, səhhətində problemlər yaranıb və dəfələrlə tibbi yardım almağa məcbur olub. 2026-cı ilin yanvar ayında bir neçə dəfə təcili tibbi yardım xidmətinə müraciət edilib, eləcə də müxtəlif tibbi müayinələrdən keçərək müalicə alıb.

B.B. həmçinin qeyd edir ki, yayılan ifadələr onun cəmiyyətdəki nüfuzuna mənfi təsir göstərib, qohumları və tanışları arasında onun haqqında mənfi rəy formalaşdırıb. 

Məhkəmənin hazırlıq iclasında şikayətçinin nümayəndəsi ərizənin məzmununu təsdiqləyərək onun icraata qəbul edilməsini və işin məhkəmə baxışına təyin olunmasını xahiş edib.

Məhkəmə xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!