Bakıda 8 mart – Beynəlxalq Qadınlar gününə həsr olunmuş turnir keçiriləcək.
Bu haqda “Yeni Sabah”a turnirin təşkilatçısı, telejurnalist Rəfiqə Əziz məlumat verib. Turnir 10 mart, 15:00-da başlayacaq və həvəskar futbol liqası olan MFL-ə məxsus arenada baş tutacaq.
“MFL ölkənin ən kütləvi həvəskar futbol liqasıdır. İki kubok yarışımız olub. Marağı gördükdən sonra liqa olaraq mövsüm ərzində oyunlar keçirməyə başladıq. Artıq 3-cü mövsümdür ki, kişilər çempionatımızda top "qovur". Bu dəfə fərqlilik etmək istədik. 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə futbolsevər xanımlara mini turnir hədiyyə etmək qərarına gəldik. Rəhbərliyə bu ideyanı təklif etdim, razı oldular. Hazırda 4 komanda bəllidir. Məşqlərə başlayıblar və 10 mart keçiriləcək oyunlara hazırlaşırlar.” pizza
Qeyd edək ki, görüşü AFFA-nın hakimləri idarə edəcək.
Naibə Məmmədova
Telegram kanalımız