Bakıda xuliqanlıq edən şəxslər tutulub.
DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, yanvarın 28-də saat 23 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində naməlum şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini H.Ağayevə bıçaqla xəsarət yetirib.
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xuliqanlıq etməkdə şübhəli bilinən Sulutəpə qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş N.Müslümov və R.Bəşirov saxlanılıblar. Pepperoni pizza
Telegram kanalımız