Bakıda yanğın oldu: xəsarət alanlar var - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yanğın oldu: xəsarət alanlar var - Video

Hadisə

14 Oktyabr 2025 23:14 604


Paytaxtın Suraxanı rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.

Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Sezar pizza

Məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evində yanğınla müşayiət olunan partlayışın baş verdiyi və genişlənərək yaxınlıqdakı tikililərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanan evdə xəsarət alaraq təhlükəli vəziyyətdə qalmış 1 nəfər xilas olunub, yanğının qonşu evlərə keçməsinə imkan verilməyib.

Qeyd olunub ki, yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli üçotaqlı evin bir otağının yanar konstruksiyaları və tavanı 30 kv.m sahədə yanıb.

Yanğın zamanı ümumilikdə 2 nəfər xəsarət alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!