Bakıda yeni texniki baxış mərkəzi tikilir - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yeni texniki baxış mərkəzi tikilir - Video

Avto

25 Fevral 2020 23:17 1562


Bakının Qaradağ rayonu ərazisində Avtomobillərin Texniki Baxış Mərkəzi tikilir. "Yeni Sabah" xəbər verir ki, dairəvi yolun kənarında tikilən mərkəzin ümumi sahəsi 2,5 hektardır. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev ''Xəzər Xəbər''ə bildirib ki, yeni inşa edilən texniki baxış mərkəzində bir sıra yeniliklər olacaq. Yeniliklərdən biri odur ki, texniki baxış mərkəzinə gələn sürücülərin avtomobildən enmədən bütün prosedurlar keçiriləcək. Paytaxtın Qaradağ, Səbail, Yasamal və Nəsimi rayonlarında yaşayan sürücülər həmin texniki baxış mərkəzinə daha asan müraciət edə biləcəklər. Mərkəzdə avtomobil sıxlığını azaltmaq üçün dayanacaq da tikilir. Qeyd edək ki, yeni mərkəz may ayında sürücülərin istifadəsinə veriləcək. Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:https://youtu.be/jA3_4LXG0FI
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!