Bakıda yeni zibil yığma konsepsiyası ilə bağlı - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yeni zibil yığma konsepsiyası ilə bağlı - Açıqlama

Sosial

17 Aprel 2019 20:22 1009


Bakı Şəhər İcra Hakimiyyətinin sifarışınə əsasən Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti tərəfindən Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyası hazırlanır. Bununla əlaqədar şirkətin nümayəndələri növbəti dəfə paytaxtııza gəlib. 

“Yeni Sabah” xəbər verir ki, konsepsiya şərçivəsində artıq 3 aya yaxındır ki, Bakı şəhərində işlər gedir, 4 rayonda (Səbail, Nərimanov, Yasamal və Nəsimi) məişət tullantıları üçün yeni müasir konteynerlər qoyulub, dünəndən isə daha 3 rayona (Binəqədi, Nizami və Xətai) bu konteynerlərin verilməsinə başlanılıb. 

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış Monitorinq Mərkəzində Böyük Britaniya Mott MacDonald şirkətinin səlahiyyətli nümayəndəsi Martin Saymon bildirib ki, 2018-ci ildə onları Bakıda tullantı idarəetməsi xidmətlərinin qiymətləndirilməsi üçün dəvət edilib. “Məqsəd tərəfimizdən potensial təkmilləşdirilmə metodları təklif edərək tullantı idarəedilməsi sisteminin yüksək inkişafı üçün lazım olan məlumat bazasını əldə etməyə kömək edəcək pilot araşdırmalar layihəini hazırlamaq idi. Bu da öz növbəsində geniş miqyaslı tullantıların idarəteməsi sistemində inkişaf əldə etməyə kömək olacaqdı. pizza hut

Şirkətimiz tullantı və tullantıların yenidən emalını araşdırmaq üçün böyük məmnuniyyətlə Bakı İcra Hakimiyyəti ilə 2-ci dəfə əməkdaşlıq etməyə razılıq verib. Bu araşdırmalarin nəticələri Bakı şəhərində tədbiq olunaraq 21-ci əsrin muasir tullantı idarəetməsi sistemini yaradacaq.

Bakıda hər il təxminən 1,5 milyon ton tullantı yaranır. Bu rəqəmlər Bakı şəhəri genişlənib infişaf etdikcə daha da artacaq. Tullantıların düzgün yığılması, emalı və çeşidlənməsi vacib şərtdir. Tullantıların çoxu şəhərkənarı poliqonlara aparılır. Buna baxmayaraq, tullantıların Balaxanıda yerləşən tullantı çeşidlənməsi və onlardan enerji əldə etmə zavodlarına göndərilməsi ilə bu işdə inkişaf əldə edilib”.

O, bildirib ki, yeni pilot araşdırmaların bir hissəsi kimi, tullantı araşdırmaları keçirmək zəruri məsələdir və Monitorinq Mərkəzi  sırf bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılıb. Bu Mərkəz bu günə qədər gördüyüm ən mükəmməl müəssisələrdən biridir və bizə işimizi daha yaxşı yerinə yetirməyə kömək edir,  işçi heyyəti üçün tam müasir şərait yaradılıb”.

İlkin araşdırmalar üçün Nərimanov rayonu seçilib. 

“Mən hazırladığımız pilot layihələrin uğurla tərbiqinə inanıram, ümid edirəm ki, Bakı sakinləri də şüşə, kağız, karton  tullantılarını, plastik və dəmir içki qablarını çeşidləyib emal oluna bilən tullantılar üçün gətirilmiş yeni konteynerlərə ataraq Şəhər İcra Hakimiyyətinə kömək olacaqlar. Biz 20-30 faizlik tullantı diversiyası əldə etməyi hədəf tutmuşuq. Bu layihə uğurla nəticələnəcəyi halda ətraf mühit üçün böyük müsbət təsirlər, həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək, reqiondakı digər şəhərlər üçün də gələcəkdə başlanğıc nöqtəsi olacaq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!