Bakıda yol çökdü   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yol çökdü - Foto

Hadisə

28 Sentyabr 2019 16:23 1317


Binəqədi-Novxanı avtomobil yolunda "Azərsu" ASC-ə məxsus su borusunda qəza baş verib. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən "Yeni Sabah"a daxil olan məlumata görə, nəticədə yolun hərəkət hissəsi 5 metr diametrində çöküb.

Dərhal ərazi AAYDA-nin Yolların mühafizə xidmətinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, hərəkətin təhlükəsizliyinin təmin olunması üçün işlər aparılıb. pizza mizza

Qəzanın aradan qaldırılması üçün əraziyə aidiyyəti qurumun əməkdaşları və texnikası cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması üçün təmir-bərpa işləri aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!