Bakıda yol polisini maşın vurdu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yol polisini maşın vurdu

Kriminal

27 Avqust 2019 16:31 1256


Dövlət Yol Polisinin əməkdaşı avqustun 26-da Bakının Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarındakı mənbə deyib. 1988-ci il təvəllüdlü Elgün Əliyevin idarə etdiyi "Renault" markalı avtomobil saat 12:45-də Ziya Bünyadov prospektində yolu keçən polis əməkdaşı Ağazadə Rövşən Zahir oğlunu vurub.

Nəticədə xəsarət almış R.Ağazadə Daxili İşlər Nazirliyinin hospitalına çatdırılıb. Pasiyentin vəziyyəti ağır qiymətləndirilir. Dominos pizza

Bildirilir ki, R.Ağazadə maşınla vurularkən xidmət başında olub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!