Bakıda yol qəzası: Avtomobil yandı, sürücü xəsarət aldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yol qəzası: Avtomobil yandı, sürücü xəsarət aldı - Fotolar

Hadisə

12 May 2020 23:21 1089


Bakının Nizami rayununda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Nəbiyev Mahir Həsən oğlu yüksək sürətlə idarə etdiyi "Opel" markalı avtomobili Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin qarşısında hərəkətsiz dayanan "Toyota" markalı nəqliyyat vasitəsinə çırpıb. Nəticədə "Opel"in sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. pizza mizza

Qəzaya uğrayan avtomobil yanmağa başlayıb. Yaxınlıqdakı bölmənin növbətçi hissəsinin əməkdaşları yanan avtomobili söndürməyə çalışıb. Daha sonra əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Avtomobil söndürülüb. "Toyota" markalı nəqliyyat vasitəsinin sürücüsü APA-ya bildirib ki, "Opel"in sürücüsü sərxoş vəziyyətdə olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!